BURADA REKLAMINIZ OLA
BİLƏR

Qoşqar Təhməzli iş adamını AQTA-dakı vəzifəsindən azad etdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir neçə qurum əməkdaşı vəzifələrindən azad edildi.

 

Pravda.az-ın xəbərinə görə, adları qeyd olunan qurum əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiklərinə görə Agentlik sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.

 

Həmin vəzifəlilər Gəncə regional bölməsinin rəisi Abdullazadə Hüseyn Abdulla oğlu, Gəncə regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Əzizov Kamran Kamal oğlu, Lənkəran regional bölməsinin rəisi Bağırov Əlimuxtar Balağa oğlu, Lənkəran regional bölməsinin bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi İsmayılov Habil Əli oğludur.

 

AQTA bəyan edir ki, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə kölgə salan və qurumun sağlam iş prinsiplərinə zidd hərəkətlərə yol verən əməkdaşların haqqında bundan sonra da ən ciddi tədbirlər görüləcək.

 

AQTA dəyərli iş adamlarına bir daha müraciət edərək bildirir ki, Agentlik əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərlə üzləşdikdə dərhal müvafiq hüquq-mühafizə orqanlarına və ya AQTA-nın 1003 – Çağrı Mərkəzinə məlumat versinlər.  

Tarix: 16 Noyabr 2019, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin