BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluq işçilərinin nəzərinə

Azərbaycanda prokurorluq işçilərinə rütbələrin verilməsi qaydasına dəyişiklik olunur.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 18-ci maddəsinə dəyişiklik edilir.

 

Dəyişikliklə prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar rütbənin verilməsinə işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.

 

Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Tarix: 13 Aprel 2021, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin