BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İnam Kərimovla bağlı SENSASİON AÇIQLAMA

Ümid Partiyasının sədri İqbal Ağazadə Kənd Təsərrüfatı naziri İnam Kərimovla bağlı sensasion açıqlama verib.

 

Pravda.az-ın xəbərinə görə, İ.Ağazadə deyib ki, kənd təsərrüfatı sahəsində qanunsuzluqlar baş verir:

 

İqbal Ağazadə

 

"Bir müddət öncə də ən müasir, innovativ nazir hesab olunan İnam Kərimovun fəaliyyətinə münasibət bildirmişdim... Bazarda 2 400 manata satılan inəyi innovativ və müasir nazir 6 750 manata rəsmiləşdirir. Qoyunun bazar qiyməti 320 manat olduğu halda, 720 manata rəsmiləşdirilir. Gübrənin 50 kiloluq kisəsi 18-20 manatdır. Amma nazirlik sənəddə 48 manata qeyd edir. Nazirlik dövlətin güzəştini də mənimsəyir. Məsələ ilə bağlı Baş Prokurorluq məşğul olmalıdır".

 

Nazirliyin mövqeyini dərc etməyə hazırıq.

Tarix: 13 Aprel 2021, 07:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin