BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: "Biz Xocalı soyqırımını unuda bilmərik"

“Biz anlamalıyıq ki, torpaqlarımız 30 il işğal altında olub. Biz ailə üzvlərini itirənlərin və öz torpaqlarında yaşamaq kimi əsas hüququndan məhrum olanların xatirəsini unuda bilmərik”.

Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, biz erməni ordusunun törətdiyi vəhşilikləri unuda bilmərik: “Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi liderləri tərəfindən təşkil edilmiş Xocalı soyqırımını və Xocalı soyqırımının günahsız qurbanlarını unuda bilmərik və heç vaxt da unutmayacağıq. Bu xatirənin bizimlə olmağı vacibdir və biz onu ürəyimizdə saxlayacağıq. Eyni zamanda biz gələcəyə baxmalıyıq”.

Tarix: 13 Aprel 2021, 10:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin