BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hərbi Qənimətlər Parkının əhəmiyyəti olduqca böyükdür və bu, şanlı qələbəmizi əks etdirən hadisədir”

“Dünyaya bir daha göstərdik ki, sülhə və əməkdaşlığa açıq xalq olduğumuza baxmayaraq, bizim üzərimizə kim silahla gələrsə, ona layiqincə cavab vermək imkanımız var. Hesab edirəm ki, Hərbi Qənimətlər Parkının əhəmiyyəti olduqca böyükdür və bu, şanlı qələbəmizi əks etdirən hadisədir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

 


Deputat dünən cənab Prezidentin iştirakı ilə açılışı keçirilən Zəfər parkını Azərbaycanın mədəni və ictimai-siyasi həyatında çox mühüm hadisə hesab edir.

 
N.Məhəməliyevin fikrincə, tarixi mütləq yaşatmaq lazımdır, çünki istənilən xalq tarixdən nəticə çıxarmayanda acı faciələrlə üzləşir: “Bakı şəhərinin mərkəzində belə bir parkın salınması gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin və dini ideologiyasının düzgün formalaşması baxımından olduqca əhəmiyyətlidir. Ermənilərin istifadə etdikləri silahların, vurulmuş texnikanın parkda nümayiş etdirilməsi müharibənin miqyasının necə böyük, müzəffər Azərbaycan Ordusunun nəyə qadir olduğunun, hansı qüvvələrlə vuruşduğunun əyani sübutudur. Bu, indiki vəziyyətdə ikiqat aktualdır, çünki müharibənin aktiv fazasının qurtarmasına baxmayaraq, Ermənistan cəmiyyətində bir çox siyasi qüvvələr hələ də həm Ermənistan daxilində, həm də ölkənin hüdudlarından kənarda informasiya müharibəsini davam etdirir, eyni zamanda dünyanın bir çox ölkələrində revanş çağırışları edirlər. Ermənistan 44 günlük müharibədən düzgün nəticə çıxarmadığına görə biz hər zaman hazır olmalıyıq”.

 
N.Məhəməliyev vurğulayıb ki, onlara dəstək verən lobbi təşkilatları da düzgün nəticə çıxarmayaraq regionda gərginliyi saxlamaq məqsədi güdürlər.


“Həmçinin onları silahlandıran qüvvələr də bilməlidirlər ki, başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqı istənilən təcavüzkara layiqli cavab verəcək. Dünənki tədbirin mahiyyəti də bundan ibarətdir”, - deyə deputat əlavə edib.


Qeyd: Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılış tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.


Nəzrin Cavid 

Tarix: 13 Aprel 2021, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin