BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Kənd Təsərrüfatı Nazirliyində aşkarlanan nöqsanlardan DANIŞDI

Milli Məclisin deputatı Əli Məsimli Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində aşkarladığı nöqsanlardan danışıb.

Pravda.az xəbər verir ki, deputat qeyd edib ki, bu sahədə ümumilikdə 79 nöqsan aşkar edilib: “Həmin nöqsanlardan 7-si mineral gübrələr, 18-si isə subsidiyalarla bağlıdır. Bu 79 nöqsanın xeyli səbəbi var. Kənd təsərrüfatında çalışanların xeyli hissəsinin torpaq mülkiyyəti ilə bağlı problemi olduğundan subsidiya ala bilmir.

Bu halda da qanunsuz yola baş vururlar. Torpaq mülkiyyət münasibətlərini sahmanlamaq lazımdır. Bu sahədə şəffaflığın artırılması, mineral gübrələrin satışında inhisarların aradan qaldırılmasını, süni qiymət artımı məsələsini kəndlilər problem kimi görür. Ona görə də bu məsələnin həll edilməsinə ehtiyac var”.

Tarix: 13 Aprel 2021, 12:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin