BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlının qürur yeri olmalıdır”

“Hərbi Qənimətlər Parkına bizim Ermənistan üzərində çaldığımız zəfər nöqteyi-nəzərindən baxmalıyıq”.

Pravda.az-ın xəbərinə görə bunu, Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib. O bildirib ki, xalqımız 30 ilə yaxın bu işğaldan əziyyət çəkib: “İşğaldan azad olunmuş rayonlarda görürsünüz ki, dağıntıların səviyyəsi nə dərəcədədir. Bizim əzab çəkən yüz minlərlə köçkünümüz var, minlərlə insan şəhid olub. Azərbaycan xalqı Ali Baş Komandan başda olmaqla bunlara cavabını verdi, ərazi bütövlüyümüzü bərpa etdik. Sözsüz ki, bu zəfərin geniş ictimaiyyətə çatdırılması mühüm vəzifədir. Mənə elə gəlir ki, hər bir azərbaycanlı üçün bu park qürur yeri olmalıdır. Bu yer yaxın zamanda ictimaiyyətə də açıq olacaq. Hər bir azərbaycanlı gəlib görsün ki, ermənilərin illərlə yaratdığı miflər mifdən başqa bir şey deyil. Azərbaycan Ordusunun qabağında artıq onlar dayana bilməz. Gec-tez ədalət bərpa olunmalı idi, belə də oldu”.

Tarix: 13 Aprel 2021, 15:59   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin