BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Peyvənd olunanlar arasında ölüm faizi olduqca aşağıdır” – Həkim

 

"Dünya təcrübəsinə əsasən də, peyvənd olunan şəxslərə Covid pasportu verilir ki, bu da digər ölkələrə rahat getmək üçün zəmin yaradır. Belə demək mümkünsə, Covid pasportu "yaşıl işıqdır"".

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Könül Cəfərova deyib.

 

Həkim-infeksionist bildirib ki, ümumiyətlə, tibbdə heç bir sahədə zəmanət verilmir, yəni biz deyə bilmərik ki, vaksinasiya olunanlar koronavirusa yoluxmurlar: "Yoluxa bilərlər və hətta yoluxanlar arasında virusdaşıyıcılar da olur, ancaq letallıq faizi daha az müşahidə edilir. Vətəndaşlar anlamalıdırlar ki, pandemiyadan qurtulmaq üçün başqa yol yoxdur. Bu səbəbdən könüllü vaksinasiyaya qoşulmaqdan çəkinməsinlər".

 

Vaksinasiyanın əsas faydaları barədə danışan Könül Cəfərova qeyd edib ki, peyvəndləmə xəstəliyə qarşı immunitet yaradır: "Ağırlaşmaların qarşını alır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, peyvənd olunanlar arasında ölüm faizi olduqca aşağıdır. Həmçinin yanaşı xəstəliyi olan şəxslərdə belə, adətən, heç bir ağırlaşma baş vermir".

 

Nəzrin Cavid

Tarix: 13 Aprel 2021, 17:01   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin