BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda istixana rəhbərləri ilə görüş keçirildi

Bakının Xəzər rayonu Zirə qəsəbəsində meyvə və tərəvəz istehsalı ilə məşğul olan istixana rəhbərləri ilə görüş keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahov görüşdə iştirak edən sahibkarları fəal olmağa və qarşılaşdıqları çətinliklər barədə məlumat verməyə çağırıb.

 

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm əsasında veriləcək. Yeni subsidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Aqrar sahədə çalışanlara hərtərəfli dəstək davamlı olacaq".

 

Daha sonra meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Görüşdə çıxış edən sahibkarlar əsasən istixanalara verilən qazın qiymətin endirilməsi, borclarla bağlı güzəştlərin tətbiq olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.

 

Qeyd olunub ki, tariflərlə bağlı təkliflər aidiyyatı qurumlara təqdim olunacaq. Sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin hesabına dəyişdiriləcək. Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, borc mübahisələri daha sonra qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək.

 

 

 

Fotoları təqdim edirik
Tarix: 16 Noyabr 2019, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin