BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Hələ də saxtalaşdırma hallarına rast gəlinir”

“Son zamanlar sosial sahədə uğurlu islahatlar aparılır. Vətəndaşların rifah halının yaxşılaşdırılması, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsi Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətdir. Bu sahədə aparılan islahatlar siyasəti ötənilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin bu ildə də inamla davam etdirilməsinə təminat verir. Təəssüf ki, vətəndaşların sosial rihafına dair yönəlmiş bu proseslərdə saxtalaşdırma halları mövcuddur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

M.Cəfərov qeyd edib ki, dövlətin əsas məqsədi xalqın gəlir və rifahını yaxşılaşdırmaqdan ibarətdir, lakin bu sahədə aparılan islahatlara baxmayaraq hələ də saxtalaşdırma hallarına rast gəlinir: “2019-cu ildə əlilliyin təyinatı üzrə araşdırmada 2600 nəfər şəxsə əsassız əliliyin təyin edilməsi faktı aşkarlanmışdır. Bunlar daha çox sağlamlığı məhdud uşaqların kateqoriyasında çoxluq təşkil edib. Bunda da əsas məqsəd hərbi xidmətdən yayınmaq üçün olduğu aşkarlanıb. Bütün bu hallar korrupsiyanın baş alıb getməsinə şərait yaradır. Sağlam vətəndaşın hazırlatdığı saxta aylıq ödəniş həqiqətən əlilliyi olan şəxslərin haqlarını mənimsəmək deməkdir. Bu səbəbdən də həssas kateqoriyaya daxil olan bu şəxslərlə dövlət arasında münasibətlərdə inamsızlıq yaranır. Belə vəziyyət  cəmiyyətdə dövlətin fəaliyyətinə kölgə salır. Bu halların qarşısı alınmalıdr ki, vətəndaşlar da korrupsiyaya qarşı olsunlar. Dövlətimiz təkcə əlil şəxsləri sosial müavinətlə təmin etmir, həmçinin onları reabilitasiya mərkəzlərində müalicə alaraq cəmiyyətə qazandırmağa çalışır.  Xüsusilə sağlamlıq imkanları məhdud uşaqların təhsil ala bilməsi, gələcəkdə işlə təmin olunmasına diqqət ayrılır. Ölkədə əlilliyi olan şəxslərin təhsil ala bilməsi üçün   inklüziv təhsil sistemi  geniş imkan yaradır. Ölkəmizdə "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilib. İnklüziv təhsil olduqca faydalı proqram olsa da, çox az valideyn bununla bağlı məlumatlıdır. Əlilliyi olan uşaqların inklüziv təhsildən yararlana bilməsi üçün ilk olaraq bu problemlər aradan qaldırılmalı, valideynlər arasında geniş maarifləndirmə tədbirləri aparılmalıdır”.

Tarix: 13 Aprel 2021, 20:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin