BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden Putinə zəng etdi

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə zəng edib.

 

Bu barədə Ağ Ev məlumat yayıb.

 

Bildirilib ki, ABŞ prezidenti rusiyalı həmkarına görüş keçirməyi təklif edib.

 

Prezident Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə stabil və proqnozlaşdırıla bilən münasibətlər qurmaq məqsədinin olduğunu təsdiqləyib və  ABŞ və Rusiyanın qarşılaşdığı məsələlərin tam spektorlarının müzakirəsi üçün qarşıdakı aylarda üçüncü ölkədə görüş-sammit keçirməyi təklif edib.

 

Telefon danışığı zamanı iki lider SNV-3 müqaviləsinin uzadılmasına əsaslanan strateji sabitlik və silahlara nəzarət üzrə dialoqun davam etdirilməsi də daxil olmaqla regional və qlobal məsələləri müzakirə ediblər.

 

Bundan başqa, C.Bayden Krımda və Ukrayna ilə sərhəddə Rusiya ordusunun gücləndirilməsindən narahatlığını ifadə edərək, ABŞ-ın bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə dair sarsılmaz öhdəliyinin olduğunu vurğulayıb. ABŞ prezidenti Rusiyanı gərginliyi azaltmağa çağırıb.

Tarix: 13 Aprel 2021, 20:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin