BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Tanınmış vəkil, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Çernin Eduard Mayoroviç bu gün vəfat edib.

Pravda.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, vəkil uzun müddət xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, Eduard Çernin 2017-ci ilin fevralında Azərbaycana ekstradisiya edilmiş Aleksandr Lapşinin vəkili olub. Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi.

2017-ci il sentyabrında Prezident İlham Əliyev tərəfindən əfv edilib.


Fotoları təqdim edirik
Tarix: 13 Aprel 2021, 21:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin