BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kiçik qığılcım bölgəni dəhşətli müharibəyə sürükləyə bilər”

“Siyasət budur, qatil dediyin şəxsə bir müddət sonra görüşməyi təklif edirsən. ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edərək ona üçüncü ölkələrin birində görüşməyi təklif edib. Kreml sahibinə də bu görüş lazımdır ki, iki ölkə arasında və Ukraynaya görə artan gərginliyi nisbətən azaltmaq mümkün olsun. Ancaq bu əsla barış görüşü olmayacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, ABŞ-ın və Rusiyanın diametral fərqli maraqları liderlərin bir görüşü ilə həll ediləsi deyil: “Sadəcə, hər tərəfin bir addım geriləməsinə ehtiyac var. Çünki kiçik qığılcım bölgəni dəhşətli müharibəyə sürükləyə bilər. Vaşinqtonla Moskva arasında dialoq təşəbbüsü yeni model deyil. “Soyuq müharibə”nin ən ağır illərində belə ABŞ və SSRİ liderləri görüşərək mürəkkəb vəziyyətdən çıxış yolları axtarırdılar. Məhz bu dialoq iki nüvə dövlət arasında hər dəfə müharibənin başlaması ehtimalını azaldırdı. Görünür, indi də buna ehtiyac var. Ancaq o da bəllidir ki, vaxtilə SSRİ-ni çökdürən Vaşinqton bu dəfə beyin mərkəzlərinə oxşar tapşırıq verib: “Necə edək ki, Rusyanın aqressivliyini ortadan qaldıraq”. Bu tapşırığın yerinə yetirilməsi yalnız Amerikanın maraqlarına cavab vermir...”

Tarix: 13 Aprel 2021, 22:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin