BURADA REKLAMINIZ OLA
BİLƏR

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydılar

 

 

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bəyanat yayıblar.

 

Bəyanatda qeyd olunub ki, həmsədrlər atəşkəsin gücləndirilməsi istiqamətində atılan bütün addımları məmnunluqla qarşılayırlar və tərəflər arasında (Azərbaycan və Ermənistan – Red) 10 noyabr 2020-ci il tarixində əldə edilən üçtərəfli atəşkəs bəyanatının icrasını yaxından izləyirlər.

 

Bildirilib ki, qarşılıqlı etimad mühiti yaratmaq üçün ərazilərin minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir.

 

Həmsədrlər, bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını da vurğulayıblar.

 

Qeyd edək ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə hələ də təqdim etməyib. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 nəfər yaralanıb.

Tarix: 13 Aprel 2021, 23:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin