BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına dair qərarına münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, Türkiyə XİN başçısı məsələ ilə bağlı NTV-yə açıqlamasında deyib ki, uçuşların bərpası istiqamətində danışıqlar aparılır.

 

“Bu qərarın arxasında siyasi bir əsasın olduğu qənaətində deyiləm”, - deyə nazir vurğulayıb.

 

O, bu qərarın mənfi nəticələrinin ola biləcəyi ehtimalını da qeyd edib.

 

Qeyd edək ki, Rusiya 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları məhdudlaşdırmaq qərarı verib.

Tarix: 14 Aprel 2021, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin