BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kəpəz” MTK-da yarım milyonluq yeyinti

 

 

Bakıda bir neçə yaşayış binası tikən “Kəpəz” MTK-da yeyinti aşkarlanıb.

 

Pravda.az xəbər verir ki, MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzillər qanunsuz olaraq satılıb.

 

Belə ki, “Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, şirkətin işçisi, Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyev ondan xəbərsiz və qanunsuz olaraq 5 ədəd mənzili başqasına satıb. Mənzillərin ümumi dəyəri təxminən yarım milyon manatdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qafqazinfo

Tarix: 14 Aprel 2021, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin