BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücü avtomobili piyadaların üzərinə sürüb, 2 hərbçi ölüb, 4-ü yaralanıb

 

Ermənistanın Kotayk vilayətində sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində 2 hərbçi ölüb, 4-ü yaralanıb.

 

Pravda.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, sürücü hadisə yerindən qaçıb.

 

Sürücünün sərxoş olduğu iddia edilir.

 

Qəza yerinə Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin Abovyan bölməsinin nümayəndəsi və başqa yüksək vəzifəli şəxslər gedib.

 

Məlumata görə, ölən hərbçilər və yaralılar eyni hərbi hissədə xidmət edirmiş.

 

Polisin axtarışı nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kotayk sakini, 34 yaşlı Karen Mikaelyan saxlanılıb.

Tarix: 15 Aprel 2021, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin