BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın keçmiş baş nefroloqu vəfat etdi

Azərbaycan Tibb Universitetini Tədris Terapevtik Klinikasının Efferent terapiya Mərkəzinin rəhbəri, Səhiyyə Nazirliyinin keçmiş baş nefroloqu, tibb elmlər doktoru, professor Mehman Ağayev vəfat edib.

Pravda.az xəbər verir ki, COVID-19-a yoluxan alim bu gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1962-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib.1971-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında həkim-nefroloq kimi işləyib. 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında “Böyrəkköçürmə və hemodializ şöbəsi”nin müdiri təyin

1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilib və ömrünün sonuna qədər həmin vəzifədə çalışı. 2010-cu ildə Azərbaycanın “Əməkdar Həkimi” fəxri adına layiq görülüb. Həmin il ATU-nun Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunub.

262-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanin, 2 elmi-tədris filmin, 1 ixtiranın müəllifidir.

2011-ci ildə Səhiyyə Nazirliyinin baş nefroloqu seçilib.

Allah rəhmət eləsin!

Tarix: 15 Aprel 2021, 16:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin