BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə buranı darmadağın edirdi?” - İtaliya Senatının komissiya sədri

 

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli bu gün Ağdama səfər edib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə V. Petroçelli “Twitter” hesabından paylaşım edib.

 

"Mən Ağdamın qalıqlarını ziyarət etdim. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisinin bir hissəsi hesab edirdisə, onda nəyə görə buranı darmadağın edirdi?", - deyə o yazıb.

 

Qeyd edək ki, Vito Petroçellinin rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib, Vətən müharibəsi zamanı Ermənistanın raket zərbələri endirdiyi yerlərə baş çəkib.

Tarix: 15 Aprel 2021, 18:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin