BURADA REKLAMINIZ OLA
BİLƏR

“Özünə hörmət edən heç bir dövlət Krımın ilhaqını qəbul etmir”

“Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə Türkiyə əleyhinə açıqlamalar verib. Birincisi deyib ki, Rəcəb Tayyib Ərdoğan Suriya, Liviya, Azərbaycan və Ukraynada Rusiyanın fırlanan çarxına mane olur. O Ərdoğanı sakitləşdirməyin vaxtı gəldiyini sözlərinə əlavə edib. İkincisi, Jirinovski, Turkiyənin Moskvanın rəqiblərinə silah satmasına etirazını bildirib. Türkiyənin pilostuz uçuş aparatları Rusiyanın Liviya, Suriya və Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirdiyi müxtəlif “modern” hərbi texnikasını kibrit çöpləri kimi darmadağın etdi. Kremli və onun danışan dili Jirinovskini narahat edən budur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, Kremli Ankaranın Krım məsələsində Ukraynaya verdiyi dəstək narahat edir: “Moskvada anlamaq istəmirlər ki, özünə hörmət edən heç bir dövlət Krımın ilhaqını qəbul etmir, yarımadanı Ukraynanın ərazisi sayır. Amerika düşmən, Ukrayna düşmən, Türkiyə düşmən, bəs dostunuz kimdir?”

Tarix: 15 Aprel 2021, 20:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin