BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabir Rüstəmxanlı: “Uşaq pulu verilməlidir”

 

 

 

“Sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır. Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sabir Rüstəmxanlı deyib.

 

S.Rüstəmxanlı bildirib ki, uşaq pulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik: “İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulunun bərpası ilə bağlı addım atmalıdır”.

Tarix: 15 Aprel 2021, 21:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin