BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İrəvanda xəstəxana yanıb

İrəvan xəstəxanalarının birində baş verən yanğın nəticəsində iki nəfər yanıq xəsarəti alıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, 16 aprel saat 06:24-də Fövqəladə Hallar Nazirliyinə Abovyan küçəsində yerləşən Heratsi xəstəxana kompleksinin mərtəbələrindən birində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Yanğınsöndürən-xilasetmə dəstəsindən 6 heyət, həmçinin FHN-in yanğınsöndürmə və xilasetmə işlərinin təşkili şöbəsinin növbətçi qrupu hadisə yerinə cəlb olunub.

 

Məlum olub ki, yanğın xəstəxananın 2-ci mərtəbəsindəki otaqlardan birində baş verib.

 

Hadisə yerindən daha 11 pasiyent təxliyyə edilib. Yanğın tam söndürülüb.

Tarix: 16 Aprel 2021, 11:28   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin