BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Gəncəliyev Ermənistandan aldığı təhdidlə bağlı beynəlxalq təşkilatlara məlumat verdi

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyanın təhdidi ilə bağlı məsələni beynəlxalq təşkilatdakı çıxışında səsləndirib.

Pravda.az-ın məlumatına görə, bununla bağlı icma sədri “Facebook” hesabında paylaşım edib.

“Ermənistan parlamentinin əməkdaşı tərəfindən mənə edilmiş ölüm təhdidi barəsində bir neçə beynəlxalq parlament təşkilatının birgə təşkil edilən terrorizm və ekstremizm mövzusuna həsr edilmiş onlayn konfransda iştirakçıların diqqətinə çatdırdım”,- deyə Tural Gəncəliyev qeyd edib.

Qeyd edək ki, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevi “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edib.

Tarix: 16 Aprel 2021, 11:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin