BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Ordusu tamamilə məhv edilən Ermənistan rəhbərliyinin revanşist fikirlərlə yaşaması gülüncdür"

"Ermənistan bilməlidir ki, "Dəmir yumruq" öz qüvvəsindədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bunu dəfələrlə səsləndirib, qeyd edib ki, hər hansısa növbəti təxribat cəhdlərinə davam edərlərsə, "dəmir yumruq"u qarşılarında görəcəklər. Eyni zamanda, belə olan halda Ermənistan dalan ölkə olaraq sivilizasiya, inkişaf və tərəqqidən yenə də kənar qalacaq. Nəticədə, ölkənin bütün sahələrində olan böhran daha da tənəzzülə uğrayacaq".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanması, Ermənistan ordusunun darmadağın edilməsi ölkə daxilində dərin böhrana səbəb olub: "Bu, gözlənilən idi. Ermənistanda bölgədə 30 illik seperatizm siyasəti yürüdəndə nəticənin belə ağrılı acılı olmasını gözləməli idilər. Azərbaycan ordusu dünya erməni faşizmini məğlub etdi. Bildiyimiz kimi, Ermənistanın daxilində olan siyasi böhran get-gedə daha da dərinləşir və qarşıda iyun ayında növbəti seçkilərin keçirilməsi nəzərdə tutulur. Bu gün gördük ki, Ermənistanın hazırkı baş naziri işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən yenidən qaytarılması ilə bağlı planlar qurur. Nikol Paşinyanın parlamentdə səsləndirdiyi təxribat dolu bəyanatlar bunun bariz nümunəsidir. Əslində, Paşinyanın elə sonuncu dəfə Şuşada, Cıdır düzündə "Qarabağ Ermənistandır və nöqtə" deməsi 44 günlük müharibənin başlamasına gətirib çıxardı. Nəticəsi isə Ermənistan üçün ağrılı və acılı oldu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi. İndiki vəziyyətdə, rəzil durumda olan, ordusu tamamilə məhv edilən Ermənistanın revanşist fikirlərlə yaşaması gülüncdür".

 

Nəzrin Cavid

Tarix: 16 Aprel 2021, 12:19   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin