BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Məmmədliyə vəzifə verildi

Tanınmış jurnalist Natiq Məmmədli Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Pravda.az-ın xəbərinə görə, bunu o, feysbuk səhifəsində yazıb.

 

"25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam", - N.Məmmədli bildirib.

 

Tarix: 16 Aprel 2021, 14:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin