BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluq məlumat yaydı

"Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi Rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılıb".

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 

Bu məlumat təkzib olunmaqla bildirilir ki, Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 04 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilib.

 

Bununla yanaşı qeyd edilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən ittiham hökmü çıxarılıb.

Tarix: 16 Aprel 2021, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin