BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İdarə: İki milyonluq yeyinti məsələsi absurddur

Son günlər bir sıra Kütləvi İnformasiya Vasitələrində uşaq bağçalarinda 2 milyonluq yeyinti haqqında qərəzli məqalələr yer almaqdadır.

 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsindən bildirilib ki, söhbət 8 ay bundan əvvəl Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrindən gedir: “Hesablama Palatasının audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir. Belə ki, Hesablama Palatasının hesabatında da qeyd edildiyi kimi söhbət qeyd edilən ərzaq və geyimlərin  alınmaması faktından deyil, menyuda nəzərdə tutulandan fərqli ərzaq növlərinin (sümüksüz mal əti və s.), həmçinin  müəssisə daxili uniformaların alışından gedir. Bu məsələləri 2 milyonluq yeyinti kimi təqdim etmək görünür kiməsə lazımdır”.

 

Məkumata görə, aktda qeyd olunan digər məsələlərlə bağlı təsdiqini tapmış bəzi məbləğlərin icraçı şirkətlər tərəfindən dövlət büdcəsinə bərpası tam təmin ediliib: “Bəzi mətbuat orqanlarında məlumatların yoxlanılmadan tirajlanması əvəzinə dəqiqləşdirilərək verilməsi fikrimizcə peşəkarlıq baxımından daha məqsədəuyğun olardı”, - deyə məlumatda bildirilir.

Tarix: 16 Aprel 2021, 16:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin