BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2163 yeni yoluxma faktı qeydə alınıb, 2252 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 296 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 193 nəfər müalicə olunaraq sağalıb, 4077 nəfər vəfat edib, aktiv xəstə sayı 32104 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 478, ötən müddət ərzində isə ümumilikdə 3 082 157 test aparılıb.

Tarix: 16 Aprel 2021, 19:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin