BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlanıb

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Pravda.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 7-9 dərəcə, gündüz  12-14 dərəcə isti təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.  

Tarix: 16 Noyabr 2019, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin