BURADA REKLAMINIZ OLA
BİLƏR

Hökumətdən şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı QƏRAR

Şəhid ailələri və Qarabağ əlillərinin mənzil təminatının yaxşılaşdırılması üçün işlər görüləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

 

Tədbirlər Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılmasını təmin etmək tapşırılıb.  

Tarix: 16 Yanvar 2020, 20:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin