Pandemiya ilə əlaqədar beynəlxalq konfranslar və liderlərin kütləvi görüşləri adətən onlayn fotmatda keçirilir. Sankt-Peterburqda isə iki canlı tədbiri birdən keçiriblər. Müstəqil Dövlət Birliyinə üzv olan dövlətlərin parlament sədrləri Sankt-Peterbuqrda əvvəlcə “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda beynəlxalq konfransda iştirak ediblər. Daha sonra parlament sədrlərinin iştirakı ilə MDB Parlamentlərarası Assambleyasının plenar iclası keçirilib.
Bu toplantılara nə ehtiyac var idi? Hər iki toplantını onlayn formatda keçirmək mümkün olmazdımı? Rusiyada yoluxma sayı da azalmayıb ki, deyəsən ki, canlı ünsiyyət şəklində iki konfransın keçirilməsinə ehtiyac var idi. Onsuz da Müstəqil Dövlətlər Birliyi bir işə yaramır.
Deməli, Kremlin qərarı belə olub ki, MDB parlament sədrləri mütləq Sankt-Peterburqda toplanmalı və əməkdaşlıqdan danışılmalıdır. Halbuki, yenicə müharibədən çıxan iki ölkə - Azərbaycanın və Ermənistanın parlament sədrləri çıxışlarında öz arqumentlərini səsləndiriblər. Ermənistanın parlament sədri “əsirlərdən”, Azərbaycanın parlament sədri isə minalanmış ərazilərin xəritəsinin təhvil verilməməsindən danışıb.
Sonuncu məsələ ilə bağlı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlaması diqqəti çəkib. Şoyqu deyib ki, BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib. “Ora (işğaldan azad olunan ərazilər nəzərdə tutulur) tamamilə minalanıb. Ora əhali qayıda bilmir. Kimsə qayıdıb? Hələ ki, heç kim”, - rusiyalı nazir qeyd edib.
Birincisi, Rusiya BMT-yə müraciətini rəsmi Bakı ilə razılaşdırıbmı? Çünki söhbət Azərbaycan ərazilərindən gedir. İkincisi, Şoyqu minalanmış ərazilərlə bağlı xəritələri erməni həmkarından istəyibmi? Axı Şoyqu da hamıdan yaxşı bilir ki, Qarabağda minaları kimlər basdırıb. Yox əgər Şoyqu düşünür ki, inandırıcı olmasa da, minalanmış ərazilərin xəritəsi yoxdur, buna da aydınlıq gətirməsinə ehtiyac var.
Qayıdaq Sankt-Peterburqdakı toplantıya. Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko MDB Parlamentlərarası Assambleyasının plenar iclasında belə bir cümlə işlədib: “Biz Azərbaycan prezidentinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırmağa yönəlmiş təşəbbüsünü hərarətlə alqışlayırıq”.
Azərbaycan prezidenti harda deyib ki, iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılmalıdır? Rusiyanın baş qərargah rəisi erməni həmkarını bugünlərdə qəbul edərkən Rusiyanın Cənubi Qafqazda stratüji müttəfiqinin Ermənistan olduğunu gur səslə bildirib. Azərbaycan prezidenti isə Rusiyaya müraciət edərək bunları deyib: “Ermənistan ordusunu kimə qarşı modernləşdirirsiniz?”, “İsgəndər raketləriylə bağlı Sizdən izahat gözləyirik”. Kreml bu sualları cavabsız qoyarkən Rusiya ilə hansı müttəfiqlik münasibətlərindən danışmaq olar?
Elxan Şahinoğlu
Politoloq
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
21 Oktyabr 17:17
21 Oktyabr 17:15
Ən son xəbərləri səhifəmizdən də izləyin