Reklam

Mayın 26-da prezident seçkiləridir - Suriyada

Suriyada növbəti prezident seçkiləri mayın 26-da keçiriləcək.

 

Məlumata görə, bu barədə Xalq Şurası (parlament) qərar qəbul edib. Prezidentliyə namizədlərin irəli sürülməsi aprelin 19-da başlayacaq.

 

"26 may çərşənbə gününün Suriyada olan vətəndaşlar üçün prezident seçkiləri günü olmasına qərar verildi. Suriyanın xaricində olan Suriya vətəndaşları üçün seçkilər mayın 20-də, saat 07:00-dan diplomatik nümayəndəliklərin ərazisində keçiriləcək. Namizədlərin qeydiyyatı 19 aprel bazar ertəsi günü başlayır və 10 gün davam edəcək", - deyə parlament iclasında açıqlanan qərarda bildirilir.

 

Qeyd edək ki, Suriyada son prezident seçkiləri 2014-cü ildə keçirilib.

Tarix: 18 Aprel 2021, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin