BURADA REKLAMINIZ OLA
BİLƏR

İtaliyada Azərbaycanın iki idmançısı qızıl medal qazandı

İtaliyanın Cesolo şəhərində keçirilən “2021 World Para Athletics Grand Prix” yarışında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Kamil Əliyev uzunluğa tullanma növündə 6.98 m nəticə göstərərək qızıl medal qazanıb.

 

Bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən məlumat verilib.

 

Qeyd olunub ki, Kamil Əliyev Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyasını artıq təmin edib.

 

Digər idmançı, T13 kateqoriyasında iştirak edən Orxan Aslanov uzunluğa tullanma növündə 6.78 m nəticə göstərərək qızıl medal qazanıb.

 

Beləliklə idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.

Tarix: 18 Aprel 2021, 21:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin