BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ çevrilişə cəhd edib?

“ABŞ-ın Belarus Respublikası ərazisində planlı şəkildə çevrilişlə əlaqəli sui-qəsdlərlə heç bir əlaqəsi yoxdur”.

 

Pravda.az “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

 

Departament rəsmisi ABŞ-ın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd planları barədə yayılan məlumatları təkzib edib: “Rusiya dövlət mediasında Aleksandr Lukaşenkoya qarşı sui-qəsd barədə xəbərləri və bununla bağlı mətbuatda birbaşa açıqlamalar verildiyini gördük. Bunun arxasında ABŞ hökumətinin dayandığı və ya Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak etdiyinə dair hər hansı bir məlumat tamamilə yalandır”.

 

APA

Tarix: 19 Aprel 2021, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin