BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçdı

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə,  Binəqədi rayonunun Atatürk prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Hüseynov vurulub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsinin tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix: 19 Aprel 2021, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin