BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmazda baş verən qəzada bir ailənin 6 üzvü xəsarət alıb

Xaçmaz rayonunda baş verən avtomobil qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, qəza nəticəsində rayonun Hacıəlibəy kənd sakinləri 1984-cü il təvəllüdlü Niftəliyev Tural Mövlud oğlu, 2007-ci il təvəllüdlü Niftəliyeva Səadət Tural qızı, 2008-ci il təvəllüdlü Niftəliyev Sahil Tural oğlu, 1966-cı il təvəllüdlü Sona Bədir qızı Əzizova, 1980-ci il təvəllüdlü Fərəcov Amil Seyidbala oğlu və 1984-cü il təvəllüdlü Abdullayeva Roza Zeynal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, yol qəzası Xaçmaz-Quba yolunun Ağyazıbuduq kəndindən keçən hissəsində baş verib. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 16 Yanvar 2020, 22:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin