BURADA REKLAMINIZ OLA
BİLƏR

İsrail Qəzzaya hücum etdi

İsrail hərbiçiləri partlayıcı maddələrlə şarların atılmasına cavab olaraq Həmas qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Pravda.az-ın xəbərinə görə, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb. 

“Gün ərzində Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddə olan şarlar atılıb. Buna cavab olaraq bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş helikopterləri Qəzza zolağının şimalında yerləşən Həmas mövqelərinə hücum edib”, - məlumatda bildirilib. 

Qeyd edək ki, İsrail tərəfi çərşənbə günü də Həmasın Qəzza zolağındakı hədəflərinə analoji hücumlar edib. Bu hücum Həmasın İsrail tərəfə dörd raket mərmisi atmasına cavab olaraq həyata keçirilib. Mərmilərdən ikisinin Dəmir Günbəz müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilib.APA

Tarix: 17 Yanvar 2020, 07:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin