BURADA REKLAMINIZ OLA
BİLƏR

“Putinlə çox yaxşı yola gedirdim, o məni, mən də onu bəyənirdim” - Tramp

 

ABŞ-ın sabiq Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərindən danışıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Donald Tramp “Fox News” kanalına müsahibəsində deyib.

 

“Mən Prezident Putinlə çox yaxşı yola gedirdim, onu bəyənirdim, o da məni bəyənirdi. Bu, yaxşıdır, pis bir şey deyil”, - deyə Donald Tramp bildirib.

 

ABŞ-ın keçmiş Prezidenti Şimali Koreya Prezidenti Kim Çen Inla da münasibətlərinə toxunub.

 

“Mən prezident seçilməzdən qabaq Şimali Koreya ilə münasibətlər pis idi, müharibə ola bilərdi. Lakin müharibə olmadı, bu, yaxşıdır”, - deyə Donald Tramp qeyd edib.

Tarix: 20 Aprel 2021, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin