BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin nəzərinə: Dekabrın 30-dək...

Orta sahibkarlıq subyektləri üçün yeni tələblər müəyyənləşib. 

Pravda.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib. 

Beləliklə, orta sahibkarlıq subyektlərinin baş mühasibləri 2022-ci il 30 dekabradək peşəkar mühasib sertifikatı əldə etməlidirlər.

Tarix: 20 Aprel 2021, 19:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin