BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın boksçusu dünya birinciliyində bürünc medal qazandı

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.

 

Pravda.az-ın məlumatına görə, finala vəsiqə üçün Azərbaycan millisinin üzvü Nicat Hüseynov da rinqə çıxıb.

 

49 kq çəki dərəcəsində mübarizə aparan boksçu rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

 

Nəticədə Hüseynov dünya birinciliyini bürünc medalla başa vurub.

 

Qeyd edək ki, aprelin 23-də başa çatacaq mundiala 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu qatılıb.

Tarix: 20 Aprel 2021, 21:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin