Reklam

Bakıda qəzaya uğrayan avtomobil yanıb, sürücü döyüldü - FOTO

 

 

Bakının Nərimanov rayonunda 1996-ci il təvəllüdlü Həsənov Elşad İrşad oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Azadlıq prospektində işıqforun qırmızı işığında dayanan “Hyundai” və “Toyota” markalı nəqliyyat vasitələrinə çırpılıb.

 

Pravda.az xəbər verir ki, qəzadan sonra “VAZ 2106” markalı avtomobil alovlanmağa başlayıb. Bu zaman hadisəni törədən E.Həsənov digər sürücülər tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Onlar avtomobildə yanğının qarşısını alıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix: 21 Aprel 2021, 07:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin