BURADA REKLAMINIZ OLA
BİLƏR

ARDNF-nin büdcəyə transfertləri azaldı

Bu ilin I rübündə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 mln. manat və ya 17,6% az, yəni 2 513,7 mln. manat daxilolma qeydə alınıb.

 

Maliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin I rübündə 212,7 mln. manat məbləğində profisit yaranıb.

 

Qeyd edilir ki, sözügedən azalma Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin I rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına baş verib.

Tarix: 21 Aprel 2021, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin