BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni klinika”nın direktoru və baş həkimin tutulma anı - ƏMƏLİYYAT VİDEOSU

Koronavirus xəstələrindən rüşvət alan “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun saxlanma görüntüləri yayılıb.

Pravda.az xəbər verir ki, bu barədə video AzTV-də yayımlanıb.

Qeyd edək ki, hər iki xəstəxananın baş həkimləri koronavirus xəstələrinin özlərinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığıblar. 

Faktla bağlı araşdırma aparılır.

 


Tarix: 22 Aprel 2021, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin