BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavənddə artezian quyuları qazılacaq

Xocavənd rayonunda subartezian quyusu qazılacaq.

Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Bir sıra rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamda öz əksini tapıb.

Belə ki, Nərgiztəpə ərazisində iki ədəd subartezian quyusunun qazılması tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyev "Bir sıra rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla əhalisi 29 662 nəfər olan 5 rayonun 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 25 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 1,75 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Tarix: 23 Aprel 2021, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin