BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda MTX-nin sabiq direktoru qətlə yetirildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyan qətlə yetirilib.

 

Pravda.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib.

 

G. Kutoyanın güllə yaraları olan meyiti Yerevanda yerləşən mənzildə tapılıb.

 

Ermənistan İstintaq Komitəsinin rəis müavini Artur Melikyan və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Qeyd edək ki, G. Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.APA

Tarix: 17 Yanvar 2020, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin