BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Əliyev yenidən əvvəlki vəzifəsinə qaytarıldı

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutduğu vəzifədən azad edilib.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, R. Quliyev BDYPİ-nin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Nazirin digər əmri ilə Kamran Əliyev BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə  gətirilib.

 

Xatırladaq ki, K.Əliyev 2018-ci ilin aprel ayınadək bu vəzifədə çalışıb.avtosfer.az

Tarix: 17 Yanvar 2020, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin