BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Hüseynlinin qızı aparıcılıq edəcək

Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun qızı Leyli Hüseynli televiziyada işə başlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Leyli Hüseynlinin anası Səbinə Hüseynli məlumat verib.

 

 O, bildirib ki, qızı Leyli Hüseynli AzTV-də aparıcılıq edəcək: “İngilis dilində olan gecə xəbərləri ilə efirə çıxacaq. İmtahandan keçərək işə qəbul olunub”.

 

Qeyd edək ki, Leyli Hüseynli Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynovun qızıdır. Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib.modern.az

Tarix: 17 Yanvar 2020, 20:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin