BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə parlamentində Ermənistanın müharibə cinayətlərinə həsr olunmuş foto-sərgi açıldı

Türkiyə Böyük Millət Məclisində (TBMM) Ermənistanın müharibə cinayətlərinə həsr olunmuş foto-sərgi keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, sərgiyə TBMM sədri Mustafa Şentop, millət vəkilləri Hakan Çavuşoğlu, Bülent Turan, Şamil Ayrım, Böyük Birlik Partiyasının sədri Mustafa Destiçi, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və digər şəxslər qatılıblar.

 

Eyni zamanda, Türkiyə parlamentində “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel keçirilir.

 

Panel zamanı 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı haqsız ittihamlar və iddialar, İkinci Qarabağ müharibəsində Ermənistanın müharibə cinayətləri mövzusunda müzakirələr aparılacaq.

 

 

Tarix: 26 Aprel 2021, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin