BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Quliyev Prezidentə məruz etdi - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

 

Pravda.az-ın məlumatına görə, dövlət başçısı işğaldan azad olunmuş ərazilərə səfər zamanı Dövlət Səhər Xidmətinin yeni inşa edilən hərbi hissəsində də olub.

 

Bu zaman DSX-nin rəisi, general-polkovin Elçin Quliyev Ali Baş Komandana görülən işlərlə bağlı məruz edib. Vətən müharibəsindən də danışan Elçin Quliyev qeyd edib ki,  düşmən Horadiz istiqamətində əks-həmlə etdiyi vaxt 2 saat müddətində ermənilərin 14 tankı "Harop"lar vasitəsi ilə məhv edilib. General əlavə edib ki, həmin vaxt düşmən təqriban  10-12 tankı da qoyub qaçıb.

 

Tarix: 27 Aprel 2021, 01:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin