BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanıq xəsarətləri alan 92 yaşlı qadın vəfat etdi

Zaqatalada üç gün əvvəl ağır yanıq xəsarətləri alan 92 yaşlı qadın dünyasını dəyişib.

Pravda.az-ın xəbərinə görə, ağır yanıq xəsarətləri ilə Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alan 92 yaşlı Asiyat Məmmədova bu gün axşam saatlarında keçinib.

O, yanvarın 15-də səhər saatlarında Zaqatala şəhəri, İmam Şamil küçəsində yaşadığı fərdi evdə qaz sobasını yandırmaq istəyən zaman qəfildən baş vermiş partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı. A.Məmmədovaya Zaqatala RMX-də ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərinə göndərilmişdi.APA

Tarix: 17 Yanvar 2020, 23:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin